“Şamaxı” klubu baş məşqçisi ilə yollarını ayırıb
Azərbaycan Premyer Liqasına vəsiqə qazanan “Şamaxı” komandası baş məşqçisi Ramiz Məmmədovla yollarını ayırıb.
Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qərar klubun İdarə Heyətinin iclasında qəbul edilib.
R.Məmmədov “Şamaxı”da İdarə Heyətinin sədr müavini kimi vəzifəsini davam etdirəcək.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45