Hindistanda seçkilərin son günündə istilər səbəbindən 33 nəfər ölüb
Hindistanın Uttar Pradeş ştatında parlament seçkisi üzrə səsvermənin son günündə istilər səbəbindən azı 33 nəfər seçki məntəqəsi işçisi ölüb.
Bu barədə ştatın seçki komissiyasının rəhbəri Navdip Rinva jurnalistlərə bildirib.
Ölənlər arasında seçki komissiyalarının əməkdaşları, sanitar xidmət işçiləri və mühafizəçilər var.
Komissiya rəhbəri deyib ki, ölənlərin ailələrinə 1,5 milyon rupi (18 min ABŞ dolları) məbləğində pul kompensasiyası veriləcək.
Hindistan Meteorologiya İdarəsi Uttar Pradeşdə seçki günü temperaturun 46,9 dərəcəyə çatdığını bildirib. Ölkədə istilər nəticəsində azı 100 nəfər ölüb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45