Güclü yağış Qəbələdəki beynəlxalq basketbol turnirinin başlama saatına təsir edib
Bu gün start götürməli olan 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsi nəzərdə tutulduğu vaxtda başlamayacaq.
Buna şəhərdə güclü yağışın yağması səbəb olub.
Açılış oyunu saat 16:30-da Azərbaycan millisi və “Baku Flames” klubu arasında baş tutmalı idi. Qarşılaşmanın nə vaxt gerçəkləşəcəyi hələlik bəlli deyil.
Turnirdə 5 milli komanda və 3 klub olmaqla, ümumilikdə 8 kollektiv 2 qrupda çıxış edəcək.
A qrupunda Azərbaycan, Portuqaliya yığmaları, həmçinin “Baku Flames” və “Warsaw Lotto” (Polşa) klubları mübarizə aparacaq.
B qrupunda isə İtaliya, Rumıniya və Polşa milliləri ilə yanaşı, “Barcelona Panthers” (İspaniya) klubu yer alıb.
Reqlamentə əsasən, qrup qalibləri birbaşa yarımfinala yüksələcək. İkinci və üçüncü sıranın sahibləri isə bir-biriləri ilə çarpaz şəkildə 1/4 final mərhələsində üz-üzə gələcəklər.
(055) 436-46-45