Azad olunmuş ərazilərdə yaşayan uşaqlar tibbi müayinədən keçirilib

Azad olunmuş ərazilərdə yaşayan uşaqlar tibbi müayinədən keçirilib
Dostuna göndər xəbərdən agah olsun:

Füzuli şəhəri, Zəngilan rayonunun Ağalı kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində uşaqlar üçün tibbi müayinələr təşkil edilib.

 

Səhiyyə Nazirliyindən  verilən məlumata görə, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan aksiya çərçivəsində pediatrlar, uşaq cərrahı, kardioloq, nevroloq və oftalmoloq tərəfindən uşaqlara yerində profilaktik baxışlar keçirilib və müvafiq müalicələr təyin edilib.

 

Tədbir zamanı 350-ə yaxın, o cümlədən Zəngilanda 200-ə yaxın, Cəbrayılda 100-ə yaxın və Füzulidə 50 uşaq həkimlər tərəfindən ümumi müayinədən keçiblər. Bundan əlavə, xəstəliklər aşkarlanan uşaqların sonrakı mərhələdə müalicəsi üçün göndərişlər verilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45