Ramin Məmmədov Göyçayda vətəndaşları qəbul edəcək

Ramin Məmmədov Göyçayda vətəndaşları qəbul edəcək
Dostuna göndər xəbərdən agah olsun:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Göyçayda vətəndaşları qəbul edəcək.

Qurumdan verilən məlumata görə, qəbul prosesi mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq iyunun 5-də keçiriləcək.

Sədr Göyçay, Ucar, Kürdəmir və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qeyd edək ki, qəbul saat 11:00-da Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Göyçay şəhəri, Heydər Əliyev prospekti, 98) keçiriləcək.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45