Maşının pəncərəsindən ayaqlarını çıxaran sürücü və sərnişin həbs edildi

Maşının pəncərəsindən ayaqlarını çıxaran sürücü və sərnişin həbs edildi
Dostuna göndər xəbərdən agah olsun:

Şamaxıda sərxoş vəziyyətdə ayağını çölə çıxararaq avtomobil idarə edən şəxs məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, ictimai qaydanı pozan şəxslər saxlanılıblar:

“Sürücünün 21 yaşlı Səyyad Pənahov, sərnişinin isə 22 yaşlı Səxavət Nəzərov olduğu müəyyən edilib. Həmin vaxt sərxoş vəziyyətdə olan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə S.Pənahov sürücülük hüququ 2 il müddətində məhdudlaşdırılmaqla 15 sutka, S.Nəzərov isə 10 sutka inzibati qaydada həbs olunub“.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45