Naxçıvanda iki nazir təyin edildi
Naxçıvan Muxtar Respublikasında (MR) iki nazir təyin edilib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisinin sədr müavini Anar İbrahimov qərar imzalayıb.
Qərara əsasən, səhiyyə naziri vəzifələrini müvəqqəti icra edən Samiq Asəf oğlu Sadıxov nazir vəzifəsinə təsdiq edilib.
Anar İbrahimovun digər qərarına əsasən, Elxan Nəcəfov Naxçıvan Muxtar Respublikasının təhsil naziri təsdiq edilib.
Qeyd edək ki, E.Nəcəfov buna qədər Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edirdi.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45