Avropada qızılcaya yoluxma artır – ÜST-dən məlumat
Avropada qızılcaya yoluxma halları artmaqda davam edir.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Məlumata görə, bu ilin ilk üç ayında Avropada yerləşən 53 ölkədən 45-də rəsmi olaraq 56 min 634 qızılca hadisəsi və 4 ölüm qeydə alınıb. 2023-cü ildə isə 41 ölkədən 61 min 70 yoluxma və 13 ölüm halı qeydə alınıb.
Bildirilib ki, qızılca xəstəliyinin ciddi əlamətləri uşaqlarda tez-tez görülür və bu xəstəliyin uşaqların sağlamlığına dağıdıcı təsiri var.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45