58 yaşlı qadın avtobusun altında qalıb öldü

58 yaşlı qadın avtobusun altında qalıb öldü
Dostuna göndər xəbərdən agah olsun:

Ötən gecə Abşeron rayonu Masazır qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Əliağa Vahid küçəsindən “Qurtuluş 93” yaşayış massivi istiqamətində hərəkətdə olan 525 saylı xətt üzrə marşrut avtobusu piyadanı vurub.

İzmail Ramazanovun idarə etdiyi avtobusun altında qalan qadın ağır xəsarətlərlə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin araşdırmalardan sonra ölən qadının 1966-cı il təvəllüdlü Reyhan Boran qızı İmanova olduğu müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45