Qubadlıda sərhədçilər üçün yeni yaşayış binaları istifadəyə verildi
Mayın 25-də Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasında 2 yaşayış binası əsaslı təmirdən sonra istifadəyə verilib.
Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb, xidmətlərində uğurlar arzulanıb.
Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini – Baş Qərargah rəisi general-leytenant Rəşad Sadıqov xidməti istifadəyə verilmiş yaşayış binalarında yaradılmış şəraitlə tanış olub, xidməti mənzillərə baxış keçirib və hərbi qulluqçuların ailə üzvləri ilə görüşüb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45