Elektrik enerjisinə dair tariflər tənzimlənəcək
Tariflər, o cümlədən elektrik enerjisinin ötürülməsi, elektrik enerjisinin paylanması, bazar operatorunun xidmətlərinin və səlahiyyətli təchizatçı tərəfindən elektrik enerjisinin təchizatı tarifləri tənzimlənəcək.
Agah.az xəbər verir kis, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.
Tarif (qiymət) Şurası İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi və Maliyyə Nazirliyi ilə birlikdə 2025-ci il 1 iyul – 2028-ci il 30 iyun müddətində qiymətlərin (tariflərin) müəyyən edilməsini təmin etməlidir.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45