Əfv sərəncamı ilə azadlığa buraxılan iki əcnəbi Azərbaycan Prezidentinə təşəkkür edib
Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı dövlət başçısına təşəkkür edib.
“Report” xəbər verir ki, keçmiş məhkum Mehmed Sağır jurnalistlərə müsahibəsi zamanı bildirib ki, cəzasının 21 ayını çəkib.
“TIR sürücüsüyəm. Moskvaya gedərkən sərhəddə tutulmuşdum. Ölkə başçısına təşəkkür edirəm ki, məni də əfv edərək ailəmə qovuşdurdu”, – Türkiyə vətəndaşı deyib.
Sərhədi qanunsuz keçdiyinə görə həbs edilən əfqanıstanlı məhkum Muhammad Ayaz Racad isə söyləyib ki, 2 il 2 ay həbs cəzasının 8 ayını əfv ediblər:
“Cəzamın bir il dörd ayını cəzaçəkmə müəssisəsində keçirdim. Qalan 8 ayı əfv edildi. Təşəkkür edirəm ki, mən də bağışlananlar arasına salındım”.
(055) 436-46-45