Energetika Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib
Nazirlər Kabineti 11 aprel 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərarında dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra Energetika Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfərdən 12 nəfərə çatdırılıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45