İmişlidə iki kanal beton üzlüyə alınıb
İmişli rayonunda iki kanal beton üzlüyə alınıb.
“Report”un Muğan bürosunun məlumatına görə, bunlar Qızılarx və Boztəpə kanallarıdır.
Qızılarx kanalı 11 800 hektar ərazini – 19 kəndi, Boztəpə kanalı isə 8 800 hektar ərazini – 6 kəndi suvarma suyu ilə təmin edir.
Qeyd edək ki, İmişli rayonunda əkin sahələri 1 177 km uzunluğunda suvarma kanalları vasitəsi ilə su ilə təmin olunur. Bunlar əsasən Boztəpə, Qızıl arx, Köhnə Rəsul arx, Cənubi Muğan, Rəsul arx kanallarıdır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45