Samir Şərifov daxili dövlət borcunun çox olması barədə deyilənlərə münasibət bildirib
Maliyyə naziri Samir Şərifov daxili dövlət borcunun çox olması barədə deputat Vahid Əhmədovun dediklərinə münasibət bildirib.
Nazir bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı danışıb.
“Vaxtilə dövlətə məxsus “Azərbaycan Beynəlxalq Bankı” ASC sağlamlaşdırılanda “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı onun toksik aktivlərini alıb, daha sonra isə Azərbaycan Mərkəzi Bankından (AMB) kredit cəlb edib. Biz toksik aktivləri balans qiymətinə uyğun almışdıq. İndi onları bazar qiymətinə uyğun qaytarırıq və nəticədə borc yaranır. Biz də bu borcu daxili dövlət borcunun təkibinə daxil etdik. Odur ki, daxili dövlət borcu çox görünür. AMB-dən aşağı faizlə uzunmüddətli kredit götürmüşük. Bu səbəbdən bu öhdəliklər büdcəyə böyük problem yaratmayacaq. Bundan başqa, dövlət qiymətli kağızlarının ümumi dəyəri 7 milyard manata çatıb. Onlar maliyə bazarları üçün mühüm, ən yüksək investisiya alətidir. Vətəndaşlarmızı da bu alətlərə yatırım etməyə çağırırıq. Bizim daxili və xarici borcumuz hazırda ÜDM-in 23 %-dən azdır. Hesab edrəm ki, biz kifayət qədər mühafizəkar siyasət aparırıq”, – deyə o qeyd edib.
(055) 436-46-45