Ceyhun Bayramov Əli Əsədovla birlikdə İbrahim Rəisinin vida mərasimində iştirak edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə, dəhşətli helikopter qəzası nəticəsində faciəvi şəkildə dünyalarını dəyişmiş İran İslam Respublikasının mərhum Prezidenti Seyid İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və onları müşayiət edən digər yüksək vəzifəli şəxslərin rəsmi vida mərasimində iştirak edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Ağır faciə nəticəsində həlak olan mərhumların cənazələri önünə əklil qoyulub, İran İslam Respublikasının rəsmilərinə başsağlığı verilib.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, həmçinin Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Əziz Ələkbərov, Cavanşir Paşazadə, Cəbi Quliyev və digər rəsmi şəxslər daxildir.
(055) 436-46-45