Məktəbdə 20 min manat pul mənimsənildi: cinayət işi açıldı
Daşkəsəndə işə gəlməyən işçilərə və tədris olunmayan dərs saatlarına görə 20 min manatdan artıq pul vəsaiti mənimsənilib.
Bu barədə Daşkəsən Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, Daşkəsən rayon Bayan kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında araşdırma aparılıb.
Araşdırmalar zamanı qeyd olunan təhsil müəssisəsində 2020-2021 və 2023-2024-cü tədris illərində işə gəlməyən işçilərə və tədris olunmayan dərs saatlarına görə əmək haqqı ödənilməsi və digər yollarla 20 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
(055) 436-46-45