Yola dağılan qır qəzaya səbəb oldu – AÇIQLAMA

Bakının yollarından birində təhlükəli vəziyyət: Yola dağılan qır qəzaya səbəb oldu – AÇIQLAMA
Dostuna göndər xəbərdən agah olsun:

Paytaxtın Hövsan-Suraxanı yolunun Dәdә Qorqud qәsəbəsindən keçən hissəsində yola qır dağılıb. Bu səbəbdən də hərəkətdə olan avtomobil sürüşərək yol kənarına aşıb.

Agah.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.

Baş vermiş hadisə ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq. İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli cavablandırıb.

O qeyd edib ki, baş vermiş hadisə ilə əlaqədar Suraxanı Rayon Polis İdarəsində təhqiqat araşdırması aparılır.

“İlkin araşdırmada hadisədən zərərçəkən şəxsdə bədən xəsarəti müəyyən olunub. Hadisə hazırda təhqiqat şöbəsi tərəfindən araşdırılır. Həm hadisənin səbəblərinə, həm də zərərçəkmiş şəxsə dəyən zərərə ayrı-ayrılıqda qiymət veriləcək”, – deyə A.Əsgərli bildirib.

Videonu təqdim edirik:

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45