Honkonq rəqəmsal yuan ödənişləri üzrə pilot layihəni işə salıb
Honkonq rəsmi olaraq aparıcı Çin bankları ilə rəqəmsal yuan ödənişləri üzrə pilot layihəni işə salıb.
Ölkənin mərkəzi bankının elanına görə, hər hansı bir Honkonq sakini indi Çindəki tacirlərlə birbaşa hesablaşmalar üçün “Bank of China”, “Bank of Communications”, “China Construction Bank” və “Industrial and Commercial Bank of China”da öz rəqəmsal pul kisəsini aça biləcək.
Pul kisələri Honkonq mobil telefon nömrəsi ilə yaradıla və yerli FPS ani ödəniş sistemindən istifadə etməklə doldurula bilər.
Bu, Honkonqu materik Çindən kənarda elektron pul kisələrinin istifadə oluna biləcəyi ilk ölkə edir.
Qeyd edək ki, 2020-ci ildə materik Çində 260 milyon istifadəçi rəqəmsal yuan pulqabılardan istifadə edə bilib.
(055) 436-46-45