“Qalatasaray” rəsmiləri “Fənərbağça”nın bayrağını almağa çalışdıqları üçün döyüldülər

“Qalatasaray” rəsmiləri “Fənərbağça”nın bayrağını almağa çalışdıqları üçün döyüldülər
Dostuna göndər xəbərdən agah olsun:

“Qalatasaray” klubunun rəsmiləri “Fənərbağça” futbolçularının açdığı bayrağı almaq istədikləri üçün döyülüblər.

Məlumata görə, “Fənərbağça” klubunun preizdenti Ali Koç və bütün idarəçiləri stadionda olarkən bayraqla şəkil çəkdirmək istədikləri zaman, “Qalatasaray”ın baş katibi Eray Yazqan, stadionun idarəçisi Ali Çelikkkıran və klubun prezident Dursun Özbekin sürücüsü buna mane olublar. Bu səbəbdən aralarında dava düşüb və “Qalatasaray” rəsmiləri “Fənərbağça” klubunun futbolçuları tərəfindən döyülüblər.

“Qalatasaray” və “Fənərbağça” rəsmilərindən sonra azarkeşlər də bir-birilərinə hücum çəkiblər.

“Qalatasaray” azarkeşlərinin başlatdığı davada 13 nəfərin yaralandığı bildirilir.

Türkiyə mediasında yayılan xəbərlərə görə, üç nəfər polis tərəfindən saxlanılıb.

Məlumata görə, hazırda İstanbul küçələri döyüş meydanına çevrilib.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası bu məsələyə görə hər iki komandanın rəsmilərinin ağır cəzalandırılacağını bildirib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45