Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb

Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
Dostuna göndər xəbərdən agah olsun:

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov şəhərinin yaxınlığını atəşə tutması nəticəsində azı səkkiz nəfər yaralanıb, dörd nəfər isə ölüb.

Bu barədə Xarkov vilayət hərbi administrasiyasının başçısı Oleh Sinehubov teleqramda bildirib.

Onun sözlərinə görə, yaralanan səkkiz nəfərdən biri təcili yardımın feldşeridir.

Dörd nəfərin öldüyünü bildirən region rəhbəri “işğalçıların dinc sakinlərin istirahət etdiyi yerə zərbə endirdiyini” vurğulayıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45