Şuşaya aparan tikilməkdə olan yoldakı tunelin daxilindən ilk görüntülər – VİDEO
Azərbaycana dövlət səfəri çərçivəsində Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mayın 17-də ölkənin qurulmaqda olan ərazilərinə səfər edib.
Səfər zamanı prezidentlər Şuşaya çəkilən yolda dağın altından salınmış bir kilometr yarımlıq tuneldən keçiblər. Qeyd olunub ki, burada işlər hələ davam edir.
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə, işğal zamanı dağıdılmış obyektlərə və inkişaf üçün perspektivli ərazilərə baxış keçiriblər.
Xatırladaq ki, mayın 16-da Bakıda iki ölkə prezidentləri arasında rəsmi danışıqlar keçirilib. Görüşün mövzularından biri də Azərbaycan ərazilərinin müharibədən sonrakı bərpası olub.
(055) 436-46-45