Sosial şəbəkələr vasitəsilə insan alverinin qurbanına çevrilən Azərbaycan vətəndaşlarının sayı

Sosial şəbəkələr vasitəsilə insan alverinin qurbanına çevrilən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Dostuna göndər xəbərdən agah olsun:

2023-cü ildə 91 Azərbaycan vətəndaşı sosial şəbəkələr vasitəsilə insan alverinin qurbanına çevrilib.

“Report”un xəbərinə görə, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb.

Hesabata əsasən, onların 38 faizi 35 yaşdan yuxarı, 7 faizi 18-25 yaş arası, 55 faizi isə 25-35 yaş aralığındakı şəxslərdən ibarətdir. Həmçinin, 24 nəfərin Bakı, 11 nəfərin Gəncə, 6 nəfərin Tovuz, 5 nəfərin isə Sumqayıt şəhər sakini olduğu müəyyənləşib. Eyni zamanda, onlardan 28-i Türkiyə, 28-i Rusiya, 15-i Birləşmiş Ərəb Əmirlikləri, 10-u Bəhreyn, 4-ü Qətər, 3-ü İran, 1-i isə İraqda cinsi istismara məruz qalıb.

Daha iki nəfər isə sosial şəbəkələr vasitəsilə aldadılaraq ölkə daxilində əmək istismarına cəlb edilib.

Qurbanlardan altısı 18-25 yaş arası, 50-si 25-35 yaşlarında, 35 nəfəri 35-dən yuxarı yaş həddində, 24-ü paytaxt, 67-si respublikanın digər şəhər və rayonlarının sakini, habelə 74-ü 2016-22-ci illərdə, 17-si isə 2023-cü ildə istismara məruz qalan şəxslər olub.

Bundan başqa, 2005-23-cü illərdə 1 350 nəfər insan alveri qurbanı olub. Onlardan 1 264 nəfəri qadın, 86-sı isə kişi olub.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45