Belarus Prezidenti Azərbaycana dövlət səfərinə gəlir

Belarus Prezidenti Azərbaycana dövlət səfərinə gəlir
Dostuna göndər xəbərdən agah olsun:

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə gəlir.

Bu barədə Belarus liderinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq. İki liderin görüşü təkbətək formatda və nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə keçiriləcək.

Prezidentlər müxtəlif sahələrdə, o cümlədən ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi vurğulanmaqla, ikitərəfli münasibətlərin aktual məsələlərini nəzərdən keçirəcəklər.

Danışıqların digər mövzusu Belarus və Azərbaycan arasında beynəlxalq platformalarda və inteqrasiya birliklərində əməkdaşlıq olacaq. Dövlət başçıları regionda və bütövlükdə dünyada vəziyyəti müzakirə edəcəklər. Danışıqların yekunu olaraq ikitərəfli sənədlər paketi imzalanacaq.

Bakıda Aleksandr Lukaşenko və İlham Əliyev Azərbaycanın beynəlxalq kənd təsərrüfatı sərgisi olan “Caspian Agro”ya baş çəkəcək, burada Belarus və Azərbaycanın ekspozisiyaları, kənd təsərrüfatı sahəsində birgə layihələrin həyata keçirilməsi ilə tanış olacaqlar.

Mənbə: Belta

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45