Azərbaycanda 22 yaşlı tələbə vəhşicəsinə öldürüldü – Hadisə yerindən GÖRÜNTÜLƏR
“İşdən gəlib görmüşəm ki, meyit çıxarırlar”.
Bu sözləri Lənkəranda meyiti tapılan mərhum qadının qonşusu Mərhəmət Ağayev deyib.
O bildirib ki, bu yolu sadəcə işə gediş-gəliş üçün istifadə edib və meyitin zirzəmidən çıxarıldığını görüb.
Qeyd edək ki, meyiti tapılan qadın Cəlilabad rayonu, Muğan kənd sakini 2002-ci il təvəllüdlü Könül Ramin qızı Ağayevadır.O, Cəlilabadda kollecdə təhsil alırmış.
K.Ağayeva bu ilin martın 2-dən itkin düşmüşdü.
Daha ətraflı Baku TV-nin süjetində:
*********************
Lənkəranda meyiti tapılan qadının kimliyi və bəzi təfərrüat məlum olub.
Məlumata görə, meyiti tapılan qadın Cəlilabad rayonu, Muğan kənd sakini 2002-ci il təvəllüdlü Könül Ramin qızı Ağayevadır.
K.Ağayeva bu ilin martın 2-dən itkin düşüb.
Nənəsinin verdiyi məlumata görə, o, ailəli olub və ayrılıb.
Cəlilabadda kollecdə oxuyub. İşləmək üçün Lənkərana gedib. İki-üç gündən sonra ondan heç bir xəbər olmayıb.
Onun itkin düşməsi barədə polisə məlumat verilib. Hazırda fakt üzrə araşdırma davam etdirilir.
***************
Lənkəranda iki aydan çoxdur itkin düşən qadının meyiti tapılıb.
Məlumata görə, bu gün axşam saatlarında Lənkəranda, Hacı Zeynalabdin Tağıyev küçəsi 1-ci döngədə yerləşən evin həyətində qadın meyiti tapılıb.
Meyiti tapılan qadının 70 gün əvvəl itkin düşdüyü bildirilir. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Meyit həyətdə basdırıldığı yerdən çıxarılıb.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
(055) 436-46-45