“Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirin qonaqları Ulu Öndərin xatirəsini yad ediblər
Bakıda yeniyetmə boksçular arasında keçiriləcək “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirinin hakimləri, qonaqları və Azərbaycan Boks Federasiyasının (ABF) nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad ediblər.
ABF-nin mətbuat xidmətindən verilən məlumata görə, onlar Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Qeyd edək ki, “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turniri bu gün start götürəcək və mayın 18-də başa çatacaq.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45