Bakıda özünə bıçaqla xəsarət yetirən 37 yaşlı kişi ölüb
Bakıda bıçaqla özünə xəsarət yetirən şəxs ölüb.
APA xəbər verir ki, Binəqədi rayon ərazisində 1987-ci il təvəllüdlü İlkin Hüseynov bıçaqla boğaz nahiyəsindən özünə xəsarət yetirib.
Xəstəxanaya yerləşdirilən yaralı şəxs həkimlərin səyinə baxmayaraq orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45