Bakıda piyadanı avtomobil vurub
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, qəza metronun “Gənclik” stansiyasının yaxınlığında qeydə alınıb.
Minik avtomobili yolu keçməkdə olan piyada Əziz Quliyevi vurub.
Yaralı xəstəxanaya yerləşdirilib.
Hazırda vəziyyəti ağır qiymətləndirilir.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45