Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb
Rusiyanın Komi Respublikasının Peçora şəhərində beşmərtəbəli bina qismən çöküb.
Agah. Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional bölməsi məlumat yayıb.
Məlumata görə, binanın bir blokunun bir neçə mərtəbəsi uçub. İtkilər barədə məlumat verilmir.
Hadisə yerinə yanğınsöndürmə və xilasedicilər göndərilib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45