Tbilisidə mitinq zamanı polisə hücum etmək ittihamı ilə altı nəfər saxlanılıb
Tbilisidə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhdarlarının parlament yaxınlığında keçirilən mitinqində polis əməkdaşına hücum etmək və əmlaka ziyan vurmaq ittihamı ilə altı nəfər saxlanılıb.
Bu barədə Tbilisi Polis Departamentinin direktoru Sulxan Tamazaşvili mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, müxtəlif televiziya kanallarının canlı yayımları vasitəsilə ictimaiyyət hazırkı etiraz aksiyaları zamanı siyasi liderlərin, aksiyaların təşkilatçılarının və iştirakçılarının toplantı və nümayişlər haqqında qanunla müəyyən edilmiş normaları dəfələrlə aşdığını müşahidə edib.
Qeyd edilib ki, Daxili İşlər Nazirliyi həyata keçirilən aksiyalar zamanı qanunsuz hərəkətlərə yol vermiş şəxslərin müəyyən edilərək tutulması istiqamətində bütün müvafiq istintaq tədbirlərini davam etdirir.
(055) 436-46-45