“Azərbaycan Dəmir Yolları”nın xəstəxanası auditor seçir
Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinə məxsus “Gəncə Dəmir Yolu Xəstəxanası” MMC audit xidməti üçün kotirovka sorğusu elan edib.
Kotirovkada iştirak haqqı 10 manat təşkil edir.
Sorğuda iştirak etmək istəyənlər təkliflərini mayın 24-ü, saat 13:00-a qədər xəstəxananın yerləşdiyi Gəncə şəhəri, Abbas-Səhhət küçəsi, 21 ünvanına təqdim edə bilərlər.
Təkliflərə mayın 24-ü, saat 13:00-da qeyd olunan ünvanda baxılacaq.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45