Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb
Sumqayıtda özünü qazi kimi təqdim edərək dələduzluq əməlləri törtətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü Elşad Nağıyev saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onun Sumqayıt şəhəri ərazisində yaşayan iki Vətən müharibəsi qazisini guya həmin şəxslərə dövlət tərəfindən növbəsiz avtomobil almaqda köməklik göstərəcəyi vədi verərək zərərçəkənlərin müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirdiyi məlum olub.
Araşdırmalarla saxlanılan şəxsin Vətən müharibəsi iştirakçısı və ya qazisi olmadığı məlum olub. E.Nağıyev barəsində araşdırmalar davam etdirilir.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45