Polşada ölkənin avroya keçməyə hazırlığı qiymətləndirilib
Polşa indi avronu iqtisadiyyata daxil etməyə hazır deyil.
Agah.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşanın maliyyə naziri Ancey Domanski deyib.
“Realist olmalısınız. Faktlar, fikrimcə, birmənalıdır – Polşa iqtisadiyyatı hazırda avronu qəbul etməyə hazır deyil”, – nazir bildirib.
Qeyd edək ki, 2004-cü ildə Avropa İttifaqına üzv olan 10 ölkədən yalnız 3-ü hələ də avroya keçməyib – Polşa, Macarıstan və Çexiya.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45