Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
Sumqayıtda 41 yaşlı qadın xəstəxanada ölüb.
“Report” xəbər verir ki, hadisə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında qeydə alınıb.
1983-cü il təvəllüdlü Turanə Lebey qızı Hacıyeva 2 gün öncə Qax rayonundan qızdırması olduğu üçün xəstəxanaya gətirilibmiş.
Faktla bağlı araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45