Berlində metallurgiya zavodu yanır
Almaniyanın Berlin şəhərində “Diehl Metal Applications” metallurgiya zavodu yanır.
Bu barədə Berlinin yanğınsöndürmə xidmətinin nümayəndəsi Adrian Vensel bildirib.
Onun sözlərinə görə, binanın dörd mərtəbəsi tamamilə yanıb, bir hissəsi uçub: “Yanğını nəzarət altına almaq mümkün deyil”.
A.Vensel bildirib ki, binanın daxilində kimyəvi maddələrdə yanır: “Orada sulfat turşusu və mis sianid də saxlanılırdı”. O qeyd edib ki, hidrogen sianid zəhərləyici turşunun yaranması təhlükəsi var. İnformasiyaya əsasən, hadisə yerinə 130 yanğınsöndürən cəlb edilib. Sakinlərə pəncərələri bağlamaq məsləhət görülüb. Xilasedicilər kimyəvi maddələrdən qorunmaq üçün kostyumlar geyinib.
(055) 436-46-45