Azərbaycanda iki rəis müavini təqaüdə göndərildi

Avtomatik qaralama
Dostuna göndər xəbərdən agah olsun:

Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin iki rəis müavini vəzifəsindən azad edilib.

“Qaynarinfo” xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.

Əmrə əsasən, Çingiz Ələddin oğlu Məmmədov və Cümşüd Əli oğlu Cəfərov rəis müavini vəzifəsindən azad edilərək təqaüdə göndəriliblər.

Sənan Təyar oğlu Rəhimov isə idarənin rəisi olaraq təsdiqlənib.

Qeyd edək ki, bu ilin mart ayında Maliyyə və təminat idarəsinin rəisi vəzifəsinin icrası Sənan Rəhimova tapşırılmışdı.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45