Makron 76 yaşlı kişidən qorxdu: Qoca azadlıqdan məhrum edildi

Makron 76 yaşlı kişidən qorxdu: Qoca azadlıqdan məhrum edildi
Dostuna göndər xəbərdən agah olsun:

Fransada məhkəmə Fransa Prezidenti Emmanuel Makron və onun həyat yoldaşı Briciti hədələdiyi üçün 76 yaşlı ölkə sakinini 6 ay müddətinə azadlıqdan məhrum edib.

Həbsə səbəb kişinin şəhər mərkəzindən sosial işçiyə göndərdiyi məktub olub. Bu məktubda o, prezidentin və həyat yoldaşının boğazını kəsməyə çağırıb, həmçinin müvafiq məzmunlu foto kollaj əlavə edib. O, həmçinin Parisdə Olimpiya Oyunlarının açılış mərasimi zamanı dövlət başçısının həyatı üçün “risklər” haqqında yazıb.

Kişinin vəkili bildirib ki, məktub əslində ciddi maliyyə problemləri olan və sosial mənzil ala bilmədiyi üçün qarajda yaşamağa məcbur qalan bir qocanın “kömək fəryadı”dır. Təqsirləndirilən şəxs özü əmin edib ki, heç kimə zərər vermək niyyətində deyil və bu məktubu Yelisey sarayına göndərməyi heç vaxt planlaşdırmayıb.

Lakin məhkəmə prokurorun vəsatətini təmin edərək, bu arqumentləri qəbul etməyib. Bundan əlavə, hakim qeyd edib ki, 1988-ci ildən 2021-ci ilədək dələduzluq, müflisləşmə, çek saxtakarlığı və saxta sənədlərdən istifadə halları üzrə müttəhim barəsində 9 məhkəmə qərarı çıxarılıb.

Mənbə: TASS

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45