Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib

Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
Dostuna göndər xəbərdən agah olsun:

Bu ilin üç ayı ərzində Azərbaycanda 8 min 712 nəfər heyvan dişləməsinə məruz qalıb.

Bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 242 nəfər az olub. Builki hadisələr üzrə 4 min 788 nəfəri məlum (it, pişik), 3 min 924 nəfəri isə naməlum heyvanlar (it, pişik, siçovul) dişləyib.

Həmçinin, bu il üçün ölkədə quduzluq hadisəsi qeydə alınmayıb. Ötən il isə 1 belə hadisə baş verib.

Xatırladaq ki, ötən ilin üç ayı ərzində 8 min 954 heyvan dişləməsi qeydə alınıb. Bunlardan 5 min 124 hadisə məlum, 3 min 830 hadisə naməlum heyvanlar tərəfindən olub.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45