BMT Baş katibinin müavini: Azərbaycan sülhə, yumşaq gücə önəm verir
Azərbaycan sülhə, yumşaq gücə önəm verir.
Bunu BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizliyi üzrə sülhməramlı əməliyyatlar üzrə müavini Aleksandr Zuyev mayın 1-də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.
O, Azərbaycan hökumətinə və Prezident İlham Əliyevə təşəbbüsünə görə minnətdarlığını bildirib.
A.Zuyev vurğulayıb ki, BMT-nin sülhməramlı əməliyyatlar üzrə fəaliyyət göstərən təsisatının foruma dəvət edilməsi müsbət haldır:
“İnanıram ki, forum beynəlxalq sülhü və əmin-amanlığı təşviq edəcək. Çünki dünyada münaqişələr artır, biz də neqativ tendensiyaların artmasından narahatıq. Ona görə də bizə çoxşaxəli mexanizmlər lazımdır. İctimai etimadı multiliteralizmə uyğun olaraq artırmağa çalışırıq”.
(055) 436-46-45