Ağacların qanunsuz kəsilməsinə dair sənədlər Baş Prokurorluğa göndərilib
Bakı və Sumqayıt şəhərləri ərazisində ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Biləcəri qəsəbəsi Yəhya Hüseynzadə küçəsi “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus torpaq sahəsində, Sumqayıt şəhəri Sülh küçəsi 76-cı məhəllədə yerləşən şəhər qəbiristanlığının ərazisində ağacların qanunsuz kəsildiyi və təbiətə 57 720 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Faktlarla bağlı akt tərtib olunub. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.
(055) 436-46-45