Bakı Mühəndislik Universiteti sığortaçı seçir

Bakı Mühəndislik Universiteti sığortaçı seçir
Dostuna göndər xəbərdən agah olsun:

Bakı Mühəndislik Universitetinin (BMU) səyahət sığortası üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 16,61 manat təşkil edir.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini mayın 27-si, saat 15:00-a qədər BMU-nun yerləşdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsi, ev 120 ünvanına təqdim edə bilərlər.

Təkliflərə mayın 27-si, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Qeyd edək ki, ötən il Bakı Mühəndislik Universitetinə bu xidmətləri “Meqa Sığorta” ASC göstərib. Bu şirkətlə 12 349 manat məbləğində müqavilə imzalanıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45