Azərbaycan Ordusunda qəsdən adam öldürmə və intihar hadisələri azalıb

Azərbaycan Ordusunda qəsdən adam öldürmə və intihar hadisələri azalıb
Dostuna göndər xəbərdən agah olsun:

“Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb”.

“Report” xəbər verir ki, bu barədə baş prokurorun müavini, hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən geniş kollegiya iclasında məlumat verib.

Xanlar Vəliyev xüsusi vurğulayıb ki, keçən ilin birinci rübü ilə müqayisədə bu ilin eyni dövründə qeydə alınan qəsdən adam öldürmə cinayətləri 50 faiz, özünü öldürmə hadisələri 40 faiz azalıb, qəsdən adam öldürməyə cəhd cinayətləri isə, ümumiyyətlə, qeydə alınmayıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45