Səfir: Ermənistanın basdırdığı minalar öz vətəndaşlarının həyatını da təhlükəyə atır
Ermənistanın basdırdığı minalar öz vətəndaşlarının həyatını da təhlükə altına qoyur.
Bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə “X”də yazıb.
O xatırladıb ki, Azərbaycanla sərhəddə mina partlayışı nəticəsində bir erməni əsgər yaralanıb.
“2020-ci il müharibəsi başa çatdıqdan sonra azərbaycanlı qurbanların sayı 352 nəfərdir”, – diplomat qeyd edib.
Xatırladaq ki, aprelin 25-də Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb və hadisə nəticəsində yaralanıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45