Ombudsmanın əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlamağı təklif edilib

Ombudsmanın əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlamağı təklif edilib
Dostuna göndər xəbərdən agah olsun:

Milli Məclisin deputatı Vüqar Bayramov ombudsman institutunun əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlamağını təklif edib.

Deputat parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında çıxışı zamanı bildirib ki, məsələ ilə əlaqəli bir çox ölkələrin təcrübəsinə nəzər yetirib.

Onun sözlərinə görə, apardığı araşdırmalarla həmin ölkələrdə ombudsman institutu bir çox sahədə illik hesabat hazırlayır: “Həmin hesabatlardan biri də əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlıdır. Çünki çox vacibdir ki, ombudsman institutu əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlasın. Bu da inklüzivlik baxımından çox önəmlidir Azərbaycan inklüziv inkişafı ilə seçilən ölkələrdəndir. Dövlət başçısı İlham Əliyev də çıxışında dəfələrlə inklüziv inkişafın ölkəmiz üçün prioritet olduğunu qeyd edib”.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45