Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb
Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb.
APA xəbər verir ki, hadisə rayonun Xil kəndində qeydə alınıb.
Kənd sakini, 1960-cı il təvəllüdlü Nabat Babayeva evinin həyətində yıxılaraq xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, qadın orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45