Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
Dövlət rüsumu haqqında” qanuna ediləcək dəyişikliklə Azərbaycanın konsulluqlarında nikahın məhkəmə qərarı əsasında pozulmasının qeydiyyata alınması ilə bağlı yeni rüsum müəyyən edilib.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
“Bu rüsumun məbləği 15 ABŞ dollarıdır. Bundan başqa, qanuna dəyişikliklə dövlət rüsumunun tutulması hallarının siyahısına vətəndaşlıq vəziyyətinin aktlarının qeydiyyatı ilə yanaşı, habelə şəhadətnamələrin verilməsi də daxil edilib”, – deyə o qeyd edib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45