Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər
Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən Bakı Şəhəri, Suraxanı rayonu ərazisində keçirilmiş tədbirlər nəticəsində Azərbaycanın aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış, ümumilikdə 2 377 qutu müxtəlif adda xaricdə istehsal edilmiş siqaretlər aşkar olunaraq götürülüb.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, faktla bağlı araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45