Türkiyə İsrail və İranı gərginliyin münaqişəyə çevrilməsindən çəkinməyə çağırıb
Türkiyə İsrail və İranı aralarında gərginliyin daimi münaqişəyə çevrilməsinə gətirib çıxara biləcək addımlardan çəkinməyə çağırıb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir.
“İsrailin Dəməşqdəki İran səfirliyinin konsulluğuna qanunsuz hücumu ilə başlayan gərginliyin daimi münaqişəyə çevrilmə riski var. Türkiyə hadisələri yaxından izləyir. Biz bütün tərəfləri münaqişənin genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq”, – Türkiyə XİN bəyan edib.
Bəyanatda həmçinin qeyd olunub ki, beynəlxalq ictimaiyyətin prioriteti Qəzzada münaqişəyə son qoymaq və müstəqil Fələstin dövlətinin yaradılması yolu ilə davamlı sülhü təmin etmək olmalıdır.
(055) 436-46-45