Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ
Yaz mövsümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən şənbə günü, aprelin 20-də paytaxtda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, BŞİH paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə çağırır.
“Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəmizi vermiş olacağıq”, – məlumatda vurğulanıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45