Naxçıvanda I rübdə 2 mindən çox daşınmaz əmlaka çıxarış verilib
Bu ilin I rübündə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 2 052 daşınmaz əmlakın mülkiyyət hüququnu dövlət qeydiyyatına alıb.
Nazirlikdən verilən məlumata görə, bunun 789-u fərdi yaşayış evi, 300-ü mənzil, 840-ı torpaq sahəsi, 32-ü qeyri-yaşayış binası, 81-i qeyri-yaşayış sahəsi, 9-u əmlak kompleksi, 1-i isə çoxmərtəbəli yaşayış binasıdır.
Dövlət qeydiyyatına alınmış daşınmaz əmlakların 931-i və yaxud 45,4 %-i Naxçıvan şəhərinin, qalanı isə rayonların payına düşür.
Yanvar-mart aylarında 1 850 texniki sənədin parametrləri və həmin sənədlər haqqında digər məlumatlar Milli Qeydiyyat Sisteminə daxil edilib. Hesabat dövründə 1 313 texniki sənəd tərtib edilib.
(055) 436-46-45